3 sağlam vərdiş

Narahatlıqdan əl çək
Narahatlıq sağlam vərdiş deyil. Sizin nəzarətinizdən kənarda olan bəzi şeylər var.

Məsələn, siz ehtiyyatla maşın sürməyə çalışırsınız, lakin ətrafınızda heç də diqqətli olmayan sürücülər var. Sizi vura biləcək içkili sürücünü siz idarə edə bilməzsiniz. Lakin siz bu qəzadan sonra, öz münasibətinizi və edəcəyiniz hərəkəti nəzarət alında saxlaya bilərsiniz.

Narahat olmaq sizin sağlamlığınıza xeyir gətirmir. Bunun yerinə problem nə olursa olsun, nəysə etməyə çalışın. Əgər nə edəcəyinizi bilmirsinizsə, kimdənsə yardım istəyin.

Şükür et
Sahib olduğun üçün şükür et. Yaşadığın yeni gün üçün şükür et. Səhər oyana bilməyən insanları düşünüb, oyandığın gün üçün şükür et. Səndən də pis vəziyyətdə olan insanların var olmasını unutma. Belə bir sitat var «Mən, ayaqları olmayan insanı görənə kimi, ayaqqabılarım yox idi deyə ağlayırdım»

Əhvalını yüksəlt
İnsan xromosomların azalması səbəbi və yaşla əlaqədar olaraq xəstəliklərə qarşı həssas olur. Yeni tədqiqatlar göstərir ki, həyat tərzinin dəyişdirilməsi xromosomların çoxalmasına səbəb olan fermentləri artıra bilər.


Davamı →

Kəsmiyin qadın orqanizminə faydası

Kəsmik dietik məhsul sayılıb, yalnız kulinariyada deyil, həmçinin tibb və kosmetologiyada da geniş istifadə olunur.

Ən əsası isə bu məhsulun hər yaş dövründə qadınlar üçün əzəvəolunmaz olmasıdır. Onun xeyirli cəhətləri bunlardır:

Araşdırmaların nəticələrinə görə, qadınlar üçün bu məhsul digər məhsullardan qat-qat xeyirlidir. O,sümük, dırnaq və saçların möhkəmliyi və inkişafı üçün lazımlı olan kalsiy elementi ilə zəngindir. Qızlar üçün böyümə periodunda, qadınlar üçün hamiləlik və laktasiya, yaşlı xanımlar üçün isə klimaksa dövründə çox lazımlıdır.

Bundan əlavə isə bu məhsulun tərkibində  dəmir, natriy, fosfor, maqniy kimi elementlər və A, E, P, B2, B6, B12 vitaminlərinin olması,  onun yaxşı həzm edilməsi və həmçinin sinir sistemi, ürək və damarlara müsbət təsir göstərməsi deməkdir.

Həmçinin Avropada aparıcı biokimyaçısı Coan Badviqin məlumatına əsasən, bu məhsul  xərçəng şişlərinin müalicəsində də istifadə olunur.

Ən xoş məqam isə bu məhsulun dietik olmasıdır. Az yağlılıq dərəcəsi olan kəsmik yeməklə, gözəl bədən quruluşunu qorumaq olar.


Davamı →

Ayaqların masajı

Bu proses insan orqanizminin sağlamlaşdırılmasına kömək edən üsullardan biri sayılır.

Tibbi ədəbiyyatda bu masajın 10 -dan çox növü sadalanır. Onun metodikası ilə tanış olmaq üçün müxtəlif tibbi videolar və ya uyğun tematikalı seminarlara qoşulmaqla tanış olmaq mümkündür. Amma hər birimiz ev şəraitində sadəcə biraz zaman ayırmaqla, bunu, professionalcasına olmasa da, edə bilərik...

Ayaqların alt hissəsi insan bədəninin xarici təsirə çox həssas olan zonalarından sayılır. O zonaya toxunuş çox xoş və bütün bədən üçün xeyirlidir. Masaj edildikdə, bu zonada yerləşən bioloji aktiv nöqtələrə təsir göstərilir, bu isə orqanizmin çox sistemlərini normalaşdırır.
Ardı →

Yodun sağlamlıq və gözəlliyə təsiri

Yod — orqanizmdə baş verən prosseslərin mübadiləsində iştirak edən çox vacib mikroelementdir.

Bəs bu mikroelemen çatışmadıqda xarici görünüş və orqanizmin sağlığına necə təsir edir?

Yodun vacibliyi
Qalxanvari vəz üçün çox önəmli olan bu mikroelement onun lazımı hormonları istehsal etməsi üçün zəruridir. Onlar isə öz növbəsində həyatı funksiyaları kontrol edirlər. Çox hallarda, hamiləliyin və uşağın bətndaxili inkişafı, qadın orqanizmində yodun miqdarından asılı olur. Təbii ki, yodun xarici gözəliyyə də təsiri az deyil. Orqanizmə yod çatışmadıqda iştahın çox olması, artıq çəki, dərinin iltibahi xəstəlikləri, saç və dırnaqların zəifləməsi, diş və damaqların xəstəlikləri kimi proseslər baş verir.
Ardı →

Giləmeyvə yemək üçün 5 səbəb

1. Xəstəliklə mübarizə
Giləmeyvələr ürək xəstəliyi, xərçəng və yaşla əlaqədar yaranan korluğa qarşı mübarizə aparan təbii antioksidant mənbəyidir. Giləmeyvələr içərisində qarağat daha çox üstünlük təşkil edir.

2. Vitaminləri artırır
Bir fincan çiyələk insanın ürəyinin sağlamlığı üçün lazım olan C vitaminini özündə saxlayır. Araşdırmalar sübut edib ki, gün ərzində çiyələk yeyen insan C vitamini ilə təmin olunur.

3. Xərçəng riskini azaldır
ABŞ-da aparılan tədqiqatlar göstərib ki, qarağatın tərkibində olan pterostilben qadınlarda tez-tez rast gəlinən kolon xəstəliyinə qarşı kömək edir.
Ardı →

Pilates

PilatesPilates son zamanlar, məşhur olan idman növlərindən biridir. Pilatesin məqsədi  qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır. Pilatesə görə, bədən mərkəzi dərindəki əzələlərlə bel sümüyünə ən yaxın olan əzələlərindən meydana gəlir.

Klassik məşqlərdə zəif əzələlər zəifləməyə, güclü əzələlər güclənməyə meyl göstərir. Bu da balanssız əzələ quruluşuna, xroniki bel ağrısına və şikəstliyə səbəb ola bilər. Pilatesdə əzələ quruluşu bütöv vəziyyətə gətirilər. Çəkinizi itirməsəniz də, incə görünürsünüz. Aparılan araşdırmalara görə hər 10 adamdan 8-i həyatının bir dövründə skelet və əzələ sistemi problemləri ilə rastlaşır. Bədən tarazlığının düzgün olmayan vəziyyəti, duruş pozğunluqları yorğunluq və stressə səbəb olar. Bütün bunların qarşısını almağın ən təsirli yolu Pilatesdir.

Pilatesin fəaliyyətdə olmasını hədəflədiyi əsas bölgə qarın və kürək əzələləri olduğu üçün, onurğanın sağlam olmasını təmin edir. Eyni zamanda bütün bədəni əyərək onurğaların arasını açır. Beləcə bədəndə, zamanla meydana gələn yığıntıları yox edər, hətta onurğaların açılması ilə, boy 2 santimetrə qədər uzana bilər.


Ardı →

Sağlamlıq üçün 20 məsləhət

1. Hər gün eyni vaxt yatmaq və oyanmaq.

2. Səhər, günorta və axşam yeməyini də eyni vaxtda yeməyə çalışın- orqanizminiz bunun üçün sizə minnətdarlığını bildirəcək.

3. Ən azı 8 saat yatın.

4. Yatmazdan əvvəl gəzintiyə çıxın, təmiz hava alın.

5. Gün ərzində ən azı  1500 ml su için.

6. Hər gün meyvə, tərəvəz yeməyə çalışın.

7. Gecə yatmazdan əvvəl bir stəkan qatıq için.

8. Gün ərzində internetdən ən çoxu 2 saat istifadə edin.

9. Xarici görkəminizə fikir verin.

10. Səhərlər qaçın.

11. İdmanla məşğul olun.


Ardı →

Şam işığında yeməyin dözülməz zərərləri

Filmlərdə gördüyümüz səhnələrdə axşam yeməkləri bayram tək qeyd edildiyi məkanlar, qırmızı şərabla dolu olan badələr, şam işıqlı restoranlar idi.

Axşam yeməyi bir bayram idi...

Axşam yeməyi romantizm idi...

Axşam yeməyi xüsusi zövq idi...

Axşam yeməyi istirahət idi...

Axşam yeməyi zəriflik idi...

Axşam yeməyi gözəl estetika idi...

Yaşadığımız və yaratdığımız mədəniyyət axşam yeməyini bizə belə aşılayıb. Parisdə, Nyu Yorkda, Londonda, Romada, Afinada, İstanbulda günün ən ləzzətli anı axşam yeməyi anı idi.


Ardı →

Düzgün qidalanmanın əsasları

Əsas prinsip — daha çox vitamin və mineral maddələrin qəbuludur. Qidanın kaloriliyi uşağın yaş dövrünə uyğun gəlməlidir. Hər bir uşaq süd məhsulları yeməlidir (qatıq, qaymaq, kefir, xama və s).

Kəsmik — mütləqdir! 1 yaşından 3 yaşına qədər uşaqlara hər gün 40-60 qr, bir qədər böyük uşaqlara 50-100 qr təzə kəsmik vermək olar.

Müxtəliflik olması məqsədi ilə kəsmiyi kefirlə, şirələrlə, əzilmiş təzə meyvələrlə qatışdıra bilərsiniz. Daha böyük uşaqlara kəsmiklə hazırlanan un məmulatları verə bilərsiniz.

Zülalın təbii mənbələri — ət və quş ətidir. Onlar dəmir duzları, fosfor, kalium, B qrup vitaminləri ilə zəngindirlər. Balıq əti uşaqlar üçün çox xeyirlidir, həm də balıq ətdən daha tez həzm olunur. Uşaqların daha çox yağsız balıq növləri verməyi məsləhətdir. Erkən yaşlı uşaqların qida rasionunda gündəlik 60-70 qr ət, 20-30 qr balıq, böyük uşaqların rasionunda isə 100-150 qr ət, 50-70 qr balıq olmalıdır. Təbii ki, gün ərzində uşaqlara yalnız ət və ya yalnız balıq da vermək olar. Bu halda məhsulun həcmini artırmaq lazımdır.


Ardı →

Mikroblar əllə yoluxur

Soyuqdəymə, zökəm, qrip və digər yoluxucu xəstəliklər daha çox ələ bulaşan mikroblar vasitəsilə yayılır. Bunun qarşısını almaq üçün ən yaxşı yol isə əlləri tez-tez yumaqdır.

Yoluxucu qış xəstəliklərinin əsas “səbəbkarları” daha çox viruslar göstərilir. Məsələn, influenza adlı virus, dəridə 5 dəqiqə, geyim əşyalarında, kağız və dəsmallarda 8-12 saat, qapı dəstəyində, oyuncaqlar üzərində 24-48 saat yaşaya bilir. Digər bir virus olan qastroenterit isə 6, hətta 60 gün yaşayır.

Yuxarıda deyildiyi kimi virus çirkli əl, öskürmə, asqırma və tüpürcək yolu ilə yoluxur. Biz də hər yerə toxunduğumuz üçün əllərimizin təmiz qalması mümkün deyil. Qrip, sarılıq və ishala səbəb olan bağırsaq parazitləri də əl vasitəsilə yayılır. Uşaqların əksəriyyəti əllərini yumadıqları (və ya yaxşı yumadıqları) üçün mikroblara daha asan yoluxurlar. Xüsusilə, ayaqyolundan sonra əllərin təmiz yuyulmaması, eləcə də məktəbdə istifadə edilən silgi, qələm və pozan kimi əşyalar yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.

Yadda saxlamaq lazımdır ki, mikroblar ancaq əlverişli şərait olduqda çoxalır. Buna görə də, əli isti su ilə yumaqla da mikrobun məhv olmasına əmin olmaq çətindir. Çünki əlin mikrobun məhv olduğu isti suya dözməsi qeyri-mümkündür. Buna görə də, su və sabunla əl-ayağı, barmaq aralarını, barmaq uclarını (bilək də daxil olmaqla) yaxşıca yumaq lazımdır. Bundan başqa, ictimai yerlərdə əlləri kağız dəsmalla qurulamaq məsləhətdir.
Davamı →